"Qarabağ"dan qorxmuruq, onlara ən azı 1-2 qol vurmalıyıq”

20:00 Qarabağ 108
"Qarabağ"dan qorxmuruq, onlara ən azı 1-2 qol vurmalıyıq”

SSKA-nın və Bolqarıstan Futbol İttifaqının sabiq prezidenti Valentin Mixov Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək cavab oyunu barədə danışıb.

Sportinfo.az topsport.bg-yə istinadən xəbər verir ki, o,Xristo Yanevin komandasının mərhələ adlamaq üçün kifayət qədər güclü olduğunu bildirib:

Mixov Bakıdakı ilk oyunda SSKA-nın rəqibindən üstün oynadığını deyib:

"Taktiki hazırlıq və məşqçilərin futbolçuları necə yerləşdirəcəyi çox önəmlidir. SSKA-nın kifayət qədər yaxşı oyunçuları var.

Xristoya məsləhət verməyəcəyəm. Futbolçular özlərinə inanmalı, başlarını dik tutmalıdırlar. S

SKA böyük klubdur. Onlar emblemin dəyərini hiss etməlidirlər. Özünəinam, ürək və ağılla oynamaq vacibdir.

"Qarabağ" yaxşı komandadır. Amma düşünürəm ki, Bakıda onları üstələmişdik. İndi də həmin oyunu təkrarlayıb ən azı 1-2 qol vurmalıyıq.

Emosiyalar düşməndir. Xarakter göstərməliyik.

Biz SSKA-yıq, heç kimdən qorxmuruq. Cümə axşamı meydana inamla çıxmalı, rəqibi əzməliyik.

Geriyə yox, yalnız irəli oynamalıyıq. Bu matçda qələbə mütləqdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti