"Allaha şükürlər olsun ki. medalsız qalmadım" - Dünya üçüncüsü olan Elmir

04:40 Güləş 50
"Allaha şükürlər olsun ki. medalsız qalmadım" - Dünya üçüncüsü olan Elmir

Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında Azərbaycan millisinin qazandığı medalların davamı gələcək.

Sportinfo.az xəbər verir ki, bunu 60 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Elmir Çərkəzov jurnalistlərə açıqlamasında bildirib.

İdmançı mundialı bürünc medalla başa vurmasından danışıb:

"Qızıl medal uğrunda mübarizə aparırdım, təəssüf ki, alınmadı. Allaha şükürlər olsun ki. medalsız qalmadım.

Bu uğura görə məşqçilərimə təşəkkür edirəm. İnşallah, medallaırn davamı gələcək. Bu gün 2 final qarşılaşmamız oldu.

Qızıl medal qazana bilməməyimizin səbəbini deyə bilmərəm. Ümidvaram ki, digər güləşçilərimiz bizi sevindirəcəklər".

Elmir Çərkəzov üçüncü yer uğrunda qarşılaşmada yaponiyalı Hinata Hanamoriyə qalib gələrək bürünc medala sahib çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!