"Qarabağ"ı gözləmədilər, satdılar, 500 min avro gəlir əldə etdilər

14:20 Hadisə 1 307
"Qarabağ"ı gözləmədilər, satdılar, 500 min avro gəlir əldə etdilər

Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan CSKA-da ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, Sofiya təmsilçisi Matias Faetonu Sinqapurdan "Lion Siti"yə satıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bolqarıstan klubu 26 yaşlı vingerin satışından 500 min avro gəlir əldə edib.

"Qarabağ"la CSKA arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərliklə yekunlaşıb. Cavab matçı sabah Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti