GÜNÜN SUALI - Görəsən, Şahruddinin gedişi niyə uzanır?

22:20 Qarabağ 22
GÜNÜN SUALI - Görəsən, Şahruddinin gedişi niyə uzanır?

Şahruddin Məhəmmədəliyev çıxılmaz vəziyyətdə qalıb.

Təcrübəli kiperin "Qarabağ"dan ayrılmaq istəyi bu gedişlə reallaşmayacaq.

Çünki onun xidmətində maraqlı olan iddialı klub yoxdur.

"Şah"ı heyətində görmək istəyən müştərilərin nə hədəfi yüksəkdir, nə də təklif etdikləri maaş.

Belədə 32 yaşlı oyunçunun Ağdam klubunda qalmaqdan başqa yolu qalmır.

Xatırladaq ki, Bosniya Herseqovinadan olan qapıçı Martin Zlomişliçin transferindən sonra "köhlən atlar"da qapı mövqeyində ciddi rəqabət yaranıb.

Hətta liqada əsas heyətdə oynamaq şansları bir xeyli azalan Şahruddin çıxış yolunu daha çox zaman alacağı başqa iddialı bir kluba getməkdə görür.

Menecerlərə getmək istəyi barədə məlumat verib.

Sentyabrda milli komandamızın rəsmi görüşləri var. Təcrübəli kiper ona qədər formada qalmaq istəyir.

Amma hələ ki, onun istəyincə klub tapmaq mümkün olmayıb.

XANOĞLAN /SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti