Bu say “Qarabağ”ın futbolçularını razı salacaq?

21:00 Qarabağ 82
Bu say “Qarabağ”ın futbolçularını razı salacaq?

Avropa Liqasında ölkəmizi təmsil edən “Qarabağ” bu gün Sofiyada ÇSKA-nın önünə çıxacaq.

Bolqarıstanın köklü klubunun əsas üstünlüyü çılğın azarkeşləridir.

Vasili Levski adına Milli Stadionda 40 mindən artıq tərəfdarın olacağı dəqiqdir.

Təəssüf ki, eyni sözləri “Qarabağ”ın azarkeşləri barədə deyə bilməyəcəyik.

“Köhlən atlar”ın Avropadakı oyunları zamanı tribunalarda 200-300 azərbaycanlının yer almasına az rast gəlməmişik. Xüsusən adlı-sanlı rəqiblərlə matçlarda sayı bu və daha artıq sayda olur.

Bu dəfəki mənzərə fərqlidir.

Əldə etdiyimiz məlumata görə, Sofiyadakı stadionda qonaqlar üçün ayrılmış sektorda 30-50 arası soydaşımız “Qarabağ”ı dəstəkləyəcək. Buna səbəb Bolqarıstanda azərbaycanlıların sayının az olması və ali məktəblərdə elan olunan tətildir.

Maraq üçün bildirək ki, Bakıdakı ilk qarşılaşmada qapılara qol vurulmamışdı.

Bu axşam baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti