Gecikdiyi üçün Bakıda xalçaya çata bilmədi - Azərbaycanlı qələbə qazandı

08:10 Güləş 53
Gecikdiyi üçün Bakıda xalçaya çata bilmədi - Azərbaycanlı qələbə qazandı

Bakıda keçirilən U-17 (17 yaşadək) yeniyetmələr arasında yunan-roma güləşi üzrə Dünya Çempionatında qəribə və gözlənilməz hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan İran milli komandasının üzvü Armin İsmaili yarımfinal görüşünə vaxtında çatmadığı üçün Azərbaycan təmsilçisi birbaşa qələbə qazanıb.

Məlumata görə, Türkiyə təmsilçisi Kerem Dermanı 9:1, qazaxıstanlı Pakitjanı isə 6:4 hesabı ilə məğlub edərək yarımfinala yüksələn A İsmaili nəzərdə tutulan vaxtda arena zalına çata bilməyib.

Hadisənin ilkin yarışlar başa çatdıqdan sonra zalı tərk edən İran heyətini daşıyan avtobusun zala vaxtında qayıda bilməməsi səbəbindən baş verdiyi bildirilir.

Yaranan bu diqqətsizlik və ləngimə nəticəsində vaxtında xalçaya çıxmayan idmançıya hakimlər tərəfindən texniki məğlubiyyət verilib və onun rəqibi – Azərbaycan güləşçisi qalib elan olunaraq finala yüksəlib.

Sözügedən hadisə səbəbindən final şansını itirən A.İ smaili çempionatın bürünc medalı uğrunda təsəlliverici qarşılaşmada mübarizə aparmalı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyul 16:30 Çək və bizə göndər!