Azərbaycan çempionatı keçiriləcək - Neçə komanda olacaq?

30 İyul 04:50 Voleybol 279
Azərbaycan çempionatı keçiriləcək - Neçə komanda olacaq?

Azərbaycan Voleybol Federasiyası (AVF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə avqustun 4-dən 8-nə qədər çimərlik voleybolu üzrə ölkə çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AVF-dən bildirilib.

Qadın və kişi komandalar arasında təşkil olunacaq yarışın ilkin mərhələsinin oyunları 4-6 avqustda, final qarşılaşmaları və mükafatlandırma mərasimi isə 8 avqustda baş tutacaq. Çempionatın bütün oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək.

Ölkə çempionatında 16 qadın və 14 kişi komandası olmaqla, ümumilikdə 30 klub mübarizə aparacaq.

Çempionatın qalibi 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM