Bosniyalı hücumçunun transferini yekunlaşdırdı - “Yuventus”

03:00 İtaliya 75
Bosniyalı hücumçunun transferini yekunlaşdırdı - “Yuventus”

“Yuventus” Leverkuzen “Bayer”inin hücumçusu Kerim-Sem Alaybeqoviçin transferini yekunlaşdırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, transferin ümumi dəyəri bonuslarla birlikdə 35 milyon avro təşkil edir.

Bunun 33 milyon avrosu sabit ödəniş, 2 milyon avrosu isə bonuslar şəklində nəzərdə tutulub.

Alaybeqoviç ilk gündən “Yuventus”a keçməyə üstünlük verib və tərəflər şəxsi müqavilənin bütün şərtlərini razılaşdırıblar. Hazırda transferin rəsmiləşməsi üçün yalnız son prosedurların tamamlanması qalıb.

22 yaşlı hücumçu 2025-ci ilin yayında “Bayer”in gənclər komandasından “Zalsburq”a keçmişdi.

Bir mövsümdə 44 oyunda 13 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkdikdən sonra Almaniya klubu onu yenidən heyətinə qaytarmışdı.

“Transfermarkt” portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir. Bosniya və Herseqovina millisinin hücumçusu 2026-cı il dünya çempionatında 4 oyuna çıxıb və 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!