"Qarabağ"ın transfer siyahısında İspaniyadan 2 yeni ad

3 Dekabr 2019 21:00 Qarabağ 2 719
"Qarabağ"ın transfer siyahısında İspaniyadan 2 yeni ad

"Qarabağ"ın transfer siyahısına 2 yeni futbolçu əlavə olunub. Sportinfo.az-ın məlumatına görə, Ağdam təmsilçisi hazırda İspaniyada çıxış edən iki hücumçunu gündəminə alıb.

Qurban Qurbanovun maraq göstərdiyi forvardlardan biri "Real"ın B komandasında ("Kastilya") çıxış edirsə, digəri "Qranada"nın formasını geyinir. Azərbaycan çempionu icarə variantına üstünlük verir.

"Kastilya"da əsas heyətə düşmək uğrunda mübarizə aparan 3 ispaniyalı hücumçu var - Pablo Rodriqes, Xuanmi Latasa və Pedro Ruis.

"Qranada"nın şərəfini qoruyan qolçulardan ən məşhuru Roberto Soldadodu. Əsasən "Valensiya"dan tanıdığımız 34 yaşlı ulduz ötən yay "Fənərbaxça"dan gəlib və hazırkı klubu ilə 1,5 milyon avroluq birillik müqavilə imzalayıb.

"Qranada"da çıxış edən digər hücumçular isə ispaniyalı Antonio Puertas, kolumbiyalı Adrian Ramos və venesuellalı Darvin Maçisdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da