Polşa klubu "Qarabağ"dan kimi transfer etmək istəyir?

2 Dekabr 2019 12:28 Qarabağ 2 049
Polşa klubu "Qarabağ"dan kimi transfer etmək istəyir?

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevi heyətinə qatmaq istəyən daha bir klubun adı hallanır.

Sportinfo.az xəbər verir ki, uzun müddətdir "Levski"nin maraq dairəsində olan 26 yaşlı orta sahə oyunçusu indi də "Lex"in diqqət mərkəzinə düşüb. Məlumatda Poznan klubunun Slavçevə təklif göndərdiyi də vurğulanıb.

Futbolçu özü "Qarabağ"da əsas heyətə düşə bilmədiyindən, 2021-ci ilin yayına qədər olan müqaviləsini qış fasiləsində ikitərəfli razılıqla pozmaq niyyətindədir.

Ancaq karyerasını harda davam etdirəcəyinə hələ qərar verməyib. Slavçevə Türkiyə, hətta İtaliyadan olan klubların maraq göstərdiyi yazılır. Slavçev bütün təklifləri nəzərdən keçirdikdən sonra yanvarda qərarını açıqlamağı planlaşdırır.

Simeon Slavçev "Qarabağ"a gəlməzdən əvvəl 2016-2018-ci illərdə Polşada "Lexiya"nın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı