“Qarabağ”ın okeanın o tayından hücumçu gətirmək niyyəti varmı? - SON MƏLUMAT

13:00 Qarabağ 476
“Qarabağ”ın okeanın o tayından hücumçu gətirmək niyyəti varmı? - SON MƏLUMAT

“Qarabağ” 21 yaşlı braziliyalı hücumçu Daniel Troiano ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.

Bu iddia Braziliya mediasına məxsusdur ((Central do Laion)).

Bildirilir ki, tərəflər arasında müzakirələr davam edir və transferin reallaşma ehtimalı böyükdür.

Qeyd olunur ki, oyunçu iyulun 18-də “Fortaleza” ilə müqaviləsi başa çatdıqdan sonra Azərbaycan klubuna keçəcək.

Hazırda “Floresta”da icarədə olan Daniel Lobo da Vila təmsilçisində icarə müddətinin sonuncu mərhələsindədir,.

Keçid reallaşsa, “Qarabağ” transfer haqqı ödəməyəcək. Azad agnetə çevrilən oyunçu üçün klubuna yetişdirmə haqqı veriləcək.

Saytımızın “Qarabağ“dan əldə etdiyi məlumat bu informasiyanı təsdiqləmir.

“Köhlən atlar“ın düşərgəsindən aldığımız informasiyaya görə, Daniel Troiano təklif edilən legionerlər arasındadır, amma onunla bağlı heç bir addım atılmayıb: nə özüylə, nə də meneceriylə danışıqlar aparılmır.

Və bu keçid qətiyyən gündəmdə deyil.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti