Aliment ödəməyənlər oyunu stadiondan izləyə bilməyəcək - DÇ-2026-da QADAĞA

10:20 Hadisə 74
Aliment ödəməyənlər oyunu stadiondan izləyə bilməyəcək - DÇ-2026-da QADAĞA

Dünya çempionatı zamanı təxminən 13 min azarkeşin stadionlara buraxılmamasını istəyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qərarın məqsədi aliment öhdəliklərini yerinə yetirməyən valideynlərə qarşı tədbirlərin gücləndirilməsi və onların borclarını ödəməyə sövq edilməsidir.

Məlumata görə, hökumət uşaqlarına aliment ödəməyən valideynlərin siyahısını ABŞ rəsmilərinə təqdim edib.

Rəsmilər hesab edirlər ki, övladlarını təmin etməyənlər idman oyunlarını izləmək imkanından məhrum edilməlidir.

“Əgər onlar öz uşaqlarını təmin etmirlərsə, stadionlara daxil olmalarına da icazə verilməyəcək”, - deyə Buenos-Ayresin meri Xorxe Makri bildirib.

Siyahıya həmçinin zorakılıq cinayətlərində adı hallanan şəxslər də daxil edilib.

Argentina 2026 Dünya Çempionatına son dünya çempionu kimi qatılır və turnirin əsas favoritlərindən biri hesab olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!