COP29

ŞOK RƏQƏM! “Qarabağ” transfer qiymətini milyonlarla artırdı - Bu oyunçunun

1 Mart 15:00 Qarabağ 4 937
ŞOK RƏQƏM! “Qarabağ” transfer qiymətini milyonlarla artırdı - Bu oyunçunun

“Qarabağ” Leandro Andradenin transfer qiymətini müəyyənləşdirib.

Yarımmüdafiəçinin xidmətində maraqlı olan klub “köhlən atlılar“a 5 milyon avro ödəməlidir.

Bu, ciddi artımdır.

Bilindiyi kimi, Ağdam təmsilçisi ilə kabo-verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.

24 yaşlı legioner 2022-ci ilin yanvarından komandanın formasını geyinir. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.

Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, bir dəfə (2021/22) ölkə kubokunun qalibi olub.

Əvvəlki anlaşmaya görə, afrikalı oyunçunun transfer qiyməti 2 milyon avro idi. Cari ilin əvvəlində Leandronun talibləri sıraya düzülmüşdü.

Çindən «Şanxay Şenxua» və Rusiyadan «Rubin» onunla bağlı təklif irəli sürmüşdü. Kabo-verdeli Azərbaycanı tərk eləmək fikrinə düşsə də, son anda qalmağı üstün tutdu.

Məhz Qurban Qurbanovla təkbətək görüşdən sonra qərarını dəyişdi.

Yeni razılaşmaya əsasən, «Qarabağ» legionerin illik gəlirini artırmağı öz üzərinə götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"