UEFA Gənclər Liqasının 2026/27 mövsümünün Çempionlar yolu üzrə püşkatma mərasimi reallaşıb.
Sportinfo.az xəbər verir ki, püşkdə “Qarabağ”ın U-19 komandasının da rəqibi bəlli olub.
Turnirə ikinci mərhələdən başlayacaq Azərbaycan təmsilçisi Xorvatiyadan “Dinamo” (Zaqreb) ilə mübarizə aparacaq.
Komandaların ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. "Qarabağ" ilk qarşılaşmanı evdə keçirəcək.
