“Qarabağ” niyə məşhur oyunçuları transfer edə bilmir?

17:20 Qarabağ 401
“Qarabağ” niyə məşhur oyunçuları transfer edə bilmir?

Bu yay «Qarabağ»da indiyədək görünməmiş islahatlar aparılmaqdadır.

Qurban Qurbanov yaşıl düyməni sıx-sıx baxmaqdan qətiyyən çəkinmir.

Baş məşqçinin istəyi üzərinə son 3 ay ərzində 11 yeni futbolçu alınıb, hamısı da legioner. Krmandaya cəlb olunanların siyahısına baxırsan, bir nəfər də tanınan ad görmürsən.

Burada daha geniş bir sual ortaya çıxır: niyə “Qarabağ”ın səviyyəsinə uyğun, Avropada artıq özünü göstərmiş yaxşı oyunçuları Azərbaycana gətirmək getdikcə çətinləşir?

Səbəb yalnız maliyyə deyil.

Futbolçu üçün klub seçərkən maaşla yanaşı liqanın səviyyəsi, ölkənin futbol bazarındakı reputasiyası, Avropanın əsas çempionatlarına çıxış imkanları, yaşayış şəraiti, ailə faktorları və karyera perspektivi də ciddi rol oynayır.

“Qarabağ”ın Avropadakı nəticələri bu baxımdan böyük üstünlükdür, amma Azərbaycan Premyer Liqasının özü futbolçu üçün hələ də Hollandiya, Belçika, Türkiyə, Polşa və digər daha rəqabətli bazarlarla eyni cazibəyə malik deyil.

Ona görə də “Qarabağ” üçün transfer bazarında məsələ sadəcə, “yaxşı futbolçu tapmaq” deyil.

Əsas məsələ yaxşı futbolçunun niyə Azərbaycana gəlmək istəyəcəyini yaratmaqdır. Bu isə yalnız daha yüksək maaşla həll olunmur.

Klubun Avropadakı davamlı iştirakı, oyunçunun inkişaf perspektivi, düzgün skautinq sistemi və futbolçunun növbəti mərhələyə keçə biləcəyinə inamı burada əsas faktorlardır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti