"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək.
Ağdam təmsilçisinin mətbuat xidməti ilk dəfə Sportinfo.az-ın yaydığı məlumatı rəsmən təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/155571.html)
Klubun məlumatına görə, Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.
Beləliklə, Ağdam təmsilçisi Toral Bayramovun transferi ilə bağlı “Bursaspor”un təklifini müsbət cavablandırıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.
2020-ci ildən əsas komandada çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub.
O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

