“Qarabağ” ÇL-də daha 4 potensial rəqibini tanıdı - SİYAHI

13 May 2024 14:00 Qarabağ 1 589
“Qarabağ” ÇL-də daha 4 potensial rəqibini tanıdı - SİYAHI

Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha dörd potensial rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi “Selye” (Sloveniya), “Hamrun” (Malta), “Larne” (Şimali İrlandiya) və “UE Santa Koloma” (Andorra) ilə qarşılaşa bilər.

Xatırladaq ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk) klublarının təmsilçimizin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!