"Qarabağ"ın kapitanı: "Hər zaman son dəqiqəyə qədər gözləmişəm ki…"

18 Aprel 16:20 Qarabağ 478
"Qarabağ"ın kapitanı: "Hər zaman son dəqiqəyə qədər gözləmişəm ki…"

"Nümayəndəm bu barədə daha çox bilir. Dedi ki, bu çempionatda asanlıqla oynaya bilərəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın kapitanı Maksim Medvedevə məxsusdur.

34 yaşlı müdafiəçi daha əvvəl Rusiya klublarından təklif gəlməsi barədə danışıb:

"Qarabağ" həmişə mənim üçün prioritet olub. Başqa təkliflər də olurdu.

Lakin hər zaman son dəqiqəyə qədər gözləmişəm ki, görüm klubla bağlı vəziyyət necə inkişaf edəcək. Bu komanda ilə hər şey qaydasında getdi.

Ona görə başqaları ilə danışıq aparmağa belə cəhd etmədim. Hər şeydən razıyam, ailəm buradadır,

hamını tanıyıram və özümü rahat hiss edirəm. Bu səbəbdən qeyri-müəyyən bir şey üçün dəyişiklik barədə düşünmədim.

Bu, yaxşı və ya pis ola bilər. Ona görə də sabitliyi və təhlükəsizliyi seçdim".

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı