COP29

Rayonda "Qarabağ"ın futbolçularının önünü kəsib... MARAQLI VİDEO

1 Mart 22:40 Qarabağ 827
Rayonda "Qarabağ"ın futbolçularının önünü kəsib...  MARAQLI VİDEO

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini Qəbələdə qazandı.

Lider 23-cü turdan təxirə salınan qarşılaşmada "Qəbələ"ni darmadağın etdi - 4:0.

Matçdan sonra yerli publikanın qonaq futbolçulara böyük diqqəti gözdən qaçmadı.

Belə ki, azarkeşlər klubun avtobusuna yön alan futbolçuların önünü kəsib, onlardan xatirə fotosu çəkdirməyi xahiş edirdilər.

Xüsusilə Avropa Liqasının pley-off mərhələsində turu gətirən qolun müəllifi olan Nəriman Axundzadə və yeni transfer Aleksey İsayev böyük maraqla qarşılanıb.

Qarşı tərəf də tamaşaçıların istəyinə isti yanaşıb.

İsayevin əlində olan su şüşəsini və pizzanı kənara qoyub, növbəyə düzlən hər kəsə zaman ayırması isə xoş görüntülərə səhnə olub.

Azarkeşlər adıçəkilən futbolçularla fotolar çəkdirib, gələcək karyerasında uğur arzulayıblar.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin görüntüləri sizə təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"