COP29

Qurban Qurbanovu indi ən çox bu hücumçu MARAQLANDIRIR

29 Fevral 14:00 Qarabağ 5 789
Qurban Qurbanovu indi ən çox bu hücumçu MARAQLANDIRIR

Azərbaycanın növbəti çempionu da «Qarabağ» olacaq.

Nə mən şübhə edirəm buna, nə sən, nə də özləri.

21 xal bir igidin ömrüdür. İki qələbə də qazansalar, sezonun son bölümü formallığa çevriləcək.

Qəbələ səfəri Qurban Qurbanova bəzi sualların cavabını tapmaq mənasında əhəmiyyətli oldu. Mən istisna etmirəm, əgər o, Adama Diakabinin qalıb-getmək məsələsini bir daha gözdən keçirsə.

Fransalı vinger növbəti qolunu vurmaqla, baş məşqçisinə «xahiş edirəm, məni hesabdan silməyə tələsməyin» mesajı verdi.

Müqaviləsi yayda bitəcək Diakabinin tədricən forma yığması, zədələrdən yaxa qurtarması, oynamaq həvəsi, heç şübhəsiz, ən çox Qurbanovun özünü sevindirir.

«Monako»nun yetirməsi üzümüzə gələn 3 ayı da bu minvalla keçirsə, Qurbanovun ədalətli mövqe sərgiləyəcəyinə şəkk etmirəm.

Juninyo zədələndi, fasiləyə az qalmış meydandan çıxdı. «Qarabağ» ikinci hissədə 4 qol vurdu, ancaq tanıdığım Qurban Qurbanovun qələbəyə ürəkdən sevinə bilmədiyinə əminəm.

Fikri yüz faiz Juninyonun yanında idi. Müayinə və həkimlərin qoyacağı diaqnoz bilinənə kimi o, yerində rahatlıq tapmayacaq.

Braziliyalı hücumçu «Qarabağ»ın vazkeçilməz simasıdır. Qarşıdan «Bayer»lə Avropa Liqasının 1/8 final oyunları gəlir.

Juninyo meydanda yerini almasa, fərz edin ki, «Qarabağ» Avropanın ən formada olan komandası önünə «dişsiz» çıxacaq.

Nəriman Axundzadə və Redon Cica hələ Juninyonun yarısı deyil.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"