COP29

"Qarabağ"da parlayan gənclə bağlı 5000 manatlıq... MARAQLI MƏLUMAT

26 Fevral 17:00 Qarabağ 4 841
"Qarabağ"da parlayan gənclə bağlı 5000 manatlıq... MARAQLI MƏLUMAT

"Qəbələ" "Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə elçi düşüb.

Bölgə klubunun bu istəyi 2017-ci ildə olub.

Həmin vaxt futbolçu "Xəzər Lənkəran"nın futbol məktəbində çıxış edirmiş.

Hətta onu "Qəbələ" Futbol Akademiyasına cəlb etmək üçün rəsmilər əlavə xərcə düşməyə də hazır imiş.

Söhbət 5000 manatlıq ödənişdən gedir.

Amma sonda Axundzadə seçimini "Qarabağ"ın akademiyasının xeyrinə edib. Təbii ki, o zaman yaşı az olan futbolçu barədə qərarı onun məşqçiləri və valideynləri verib.

19 yaşlı forvard hazırda Ağdam təmsilçisinin əsas komandasında çıxış edir.

Gənclər millimizin üzvü "köhlən atlar"ın heyətində meydana çıxdığı 39 matçda 7 qol, 1 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"