COP29

Azərbaycan çempionu 350 dəfə “oğurluq“ edib – AL-da

24 Fevral 07:20 Qarabağ 869
Azərbaycan çempionu 350 dəfə “oğurluq“ edib – AL-da

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın oyunçusu Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır.

Azərbaycan təmsilçisinin braziliyalı yarımmüdafiəçisi Julio Romao isə Avropa Liqasında ikili mübarizələrdə ən çox qalib olan oyunçudur. O, 27 dəfə buna müvəffəq olub.

“Qarabağ” Avropa Liqası oyunlarında ən çox top qazanan komandadır.

Azərbaycan çempionunun futbolçuları keçirdikləri 8 qarşılaşmada (6 qrup, 2 pley-off) 350 dəfə topu rəqibdən “oğurlayıblar”.

"Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"