Azərbaycanı qürurlandıran "Qarabağ"dan QƏLƏBƏ VİDEOsu

23 Fevral 2024 02:40 Qarabağ 1 027
Azərbaycanı qürurlandıran "Qarabağ"dan QƏLƏBƏ VİDEOsu

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən dramatik görüşdə azlıqda qalan - 10 nəfərlə oynayan "Qarabağ" "Braqa"ya 2:3 hesabı ilə uduzub.

Lakin Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə qalib gələrək (6:5) 1/8 finala adlayıb və Azərbaycan futbolunda daha bir tarix yazıb.

"Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3

Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axudzadə, 120+2 (2:3)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti