COP29

O gələndə, “Qarabağ” qələbə qazanır – Bu axşam yenə “qırmızı” olacaq?

22 Fevral 20:00 Qarabağ 1 608
O gələndə, “Qarabağ” qələbə qazanır – Bu axşam yenə “qırmızı” olacaq?

"Qarabağ"la "Braqa" arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar bəlli olub.

Matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.

Bolqarıstanın yüksək dəstəsində 2007-ci ildə, yəni 21 yaşında debüt edən Kabakov 2013-cü ildən FİFA referisi statusunu daşıyır.

O, bu müddətdə avrokuboklarda 40 oyuna baş hakim kimi təyinat alıb ki, bunlardan ikisi “Qarabağ”ın payına düşüb.

2015-ci ilin yayında “köhlən atlar” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Rudar”la qarşılaşanda, səfərdəki görüşdə məhz bolqar referi meydanda yaşananlara nəzarət edib.

Ağdamlılar Reynaldonun 57-ci dəqiqədə vurduğu qol hesabına matçdan qalibiyyətlə ayrılıb.

Bu gün 38 yaşı tamam olacaq hakim ötən yay yenə “Qarabağ”ın səfər oyununa təyinat alıb. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Lyublyanada “Olimpiya” ilə keçirilən dueli Kabakov idarə edib.

“Köhlən atlar” Kevin Medina ilə Leandro Andradenin vurduğu qollar hesabına meydanı qələbə ilə tərk edib – 2:0.

Yeri gəlmişkən, səbəbkar matçın əsas vaxtında əlavə olunmuş 5-ci dəqiqədə rəqibin futbolçusu David Sualeheyə ikinsi sarı vərəqəni göstərərək meydandan qovub.

Bolqarı referinin yolu bizimkilərlə daha bir dəfə - 2019-cu ildə kəsişib. AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin səfərdə Xorvatiya ilə görüşünü Kabakov idarə edib. Gərgin keçəndə dueldə bizimkilər 1:2 hesabı ilə uduzub.

Daha bir maraqlı məqam bolqar hakimin son matçlarda amansız görünməsidir. O, bu il Bolqarıstan çempionatında təyinat aldığı 3 çempionat görüşündə ümumilikdə 25 sarı, 3 qırmızı vərəqə göstərib. Hər 3 oyunda hansısa futbolçunu meydandan qovub.

Avrokubok oyunlarındakı vəziyyət də aşağı-yuxarı eynidir. Son 5 görüşdə 26 sarı, 3 qırmızı vərəqəyə görə əlini cibinə aparıb.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"