COP29

AFFA-nın min bir oyunu – İndi də "Qarabağ"ın başında

12 Fevral 09:20 Qarabağ 9 144
AFFA-nın min bir oyunu – İndi də "Qarabağ"ın başında

«Xəzər» (Lənkəran) kimi çempionatın rənginə rəng qatan, azarkeş sarıdan korluq çəkməyən, bütün cənub bölgəsinin sevimli komandası, özü də təkcə cənubluların yox, hamımızın sevimli komandası AFFA-nın oyunlarının qurbanı oldu.

İndi belə bir oyun region komandası «Qəbələ»nin başında oynanılır. Hadisələr belə davam eləsə «Qəbələ»ni də itirəcəyik.

«Qarabağ»ın uğurları, xüsusilə də Qurban Qurbanovla uğurları da çoxlarını narahat edir.

Ona görə AFFA çalışdı ki, Qurban Qurbanovu «Qarabağ»dan kənarlaşdırsın, onu milli komandaya dəvət elədilər, üç illik müqavilə bağladılar, amma bir mövsümü sona çatdırmağa qoymadılar.

Xocanı məcbur elədilər istefa ərizəsi yazsın. Xoca da Foqts kimi AFFA-nı şantaj edib pulunu tələb edə bilərdi, amma etmədi. Çünki Xocanın həyatı futboldu, pul deyil.

Ona görə milli komandadan kənarlaşdırdılar ki, Xoca «Qarabağ»ı atmadı. Necə ki vaxtilə Lobanovski SSRİ-nin baş məşqçisi olanda «Dinamo» Kiyevi, Beskov da «Spartak»ı atmamışdı.

Nə isə… İndi mətbuatda, sosial şəbəkələrdə vurhavur təbliğat gedir ki, Qurban Qurbanov AFFA-nın prezidenti olsun. Özü də Ukraynanın baş məşqçisi Andrey Şevçenkonu misal gətirirlər ki, o, niyə ola bilər, amma Qurban Qurbanov yox?

Əvvəla, Andrey Şevçenko bir məşqçi kimi Qurban Qurbanovun qazandıqları titulları qazana bilməmişdi, yəni məşqçi kimi tutdura bilməmişdi. Ona görə də məşqçilikdə bəxti gətirməyən Şevçenko getdi oldu dağılmış Ukraynanın dağılmış Futbol Federasiyasına prezident.

Qurban Qurbanovun alnına Allah tərəfindən məmurluq yazılmayıb, futbol yazılıb.

Mən inanmıram ki, Xoca kimi təmkinli bir adam küyə gedə AFFA-nın prezidentliyini qəbul edə.

İlan vuran ala çatıdan qorxar, AFFA bir dəfə Xocanı çalıb, Xoca ikinci dəfə ilan yuvasına girməz.

Yığışdırın bu hay-küyü.

Aqil Abbas

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"