
“Böyük fəxrlə, şərəflə oyunumuzu Xankəndidə keçirərik”.
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl MOİK-ə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsi matçının Xankəndidə təşkil edilməsi variantına münasibət bildirərkən deyib.
Klub rəsmisi hələlik bu barədə onlara rəsmi məlumat daxil olmadığını sözlərinə əlavə edib:
“Bununla bağlı xəbərləri mən də mətbuatdan oxuyuram. Lakin matçın Xankəndidə baş tutacağı barədə rəsmi məlumat hələ ki yoxdur.
Harada çıxış etməyimizdən asılı olmayaraq, hazırlıqlarımızı normal qaydada davam etdiririk”.
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları dekabrın 19-21-də keçiriləcək.