COP29

Qurban Qurbanov bu sözləri SON ANDA dilə gətirdi və getdi…

29 Noyabr 2023 11:00 Qarabağ 2 190
Qurban Qurbanov bu sözləri SON ANDA dilə gətirdi və getdi…

"Yaxşı oyun və uğurlu nəticə ilə dönmək istəyirik".

Sportinfo.az-ın Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Molde" ilə Avropa Liqasının qrup oyunu ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

"Oyuna hazırlığımız pis keçmədi. Hər şey qaydasındadır.

Oyun günü son məşqimiz olacaq. Matça hazırlığı da o zaman bitirəcəyik.

İnanıram ki, uğurlu oyun bizdə alınar. Yəqin ki, rəqib də eyni fikirdədir.

Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək.

"Molde"nin evdə oynayacağını da nəzərə alırıq. Üstəlik, meydançaları süni örtükdür.

Yenə də öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Bunu bacarıb-bacarmayacağımızı oyunda biləcəyik".

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hazırda hər iki komandanın hesabında 6 xal var.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"