Peşəkarlıq nümunəsi: “Qarabağ”lı futbolçular qəzəbli baxışlara fikir vermədi - VİDEO

28 Sentyabr 20:40 Qarabağ 587
Peşəkarlıq nümunəsi: “Qarabağ”lı futbolçular qəzəbli baxışlara fikir vermədi - VİDEO

“Qarabağ” – “Qəbələ” oyunu haqda hələ çox danışılacaq.

Şübhəli qərarlarla zəngin, iki qırmızı vərəqə göstərilən, futbolçuların əlbəyaxa davaya çıxdığı qarşılaşma qan-qadasız başa çatsa da, görüş maraqlı epizodlarla yadda qaldı.

Onlardan biri də “Qarabağ”lı futbolçuların qəbələli azarkeşlər tərəfindən fitə basılması idi. Daim alqışlandığını gördüyümüz komanda və onun futbolçuları bu dəfə əks reaksiya ilə qarşılaşdı.

İlk belə hal Kevin Medina qırmızı vərəqə alıb paltardəyişmə otağına yollananda baş verdi.

Kolumbiyalı tribunalara yaxınlaşanda ətrafı uğultu səsləri bürüdü. Kevin tribunaları süzsə də, əsl peşəkarlıq nümayiş etdirib reaksiya vermədi. Başını aşağı salıb yoluna davam etdi.

İlk hissə başa çatandan sonra eyni aqibətlə bu dəfə “Qarabağ”ın digər oyunçuları da üzləşdi. Yerli tərəfdarlar meydanı tərk edən qonaq futbolçuları “yuh” sədaları ilə yola saldı.

Məsələn, Leandro Andrade qəzəblı baxışlarla azarkeşlərə nəzər salandan sonra onlara təbəssümlə cavab verdi. Digərləri isə uğultu səslərini eşitmirmiş görkəmi yaradıb paltardəyişmə otağına yollandı.

Bax, əsl peşəkarlıq budur. “Qarabağ” Avropada qazandığı təcrübəylə daxili yarışlarda peşəkarlıq nümunəsi göstərir.

Azarkeşlərlə davranış budur. Daha “Zirə”nin kapitanı Qismət Alıyev kimi, tribunalardan sərt reaksiya görən kimi ora yaxınlaşıb vaxtilə onu “Qəbələ”nin futbolçusu kimi alqışlayanlarla haqq-hesab “cürütmək” yox.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti