“Qarabağ”ın futbolçuları oğurluğa məruz qaldı - FOTOLAR

20 Mart 16:00 Qarabağ 3 210
“Qarabağ”ın futbolçuları oğurluğa məruz qaldı - FOTOLAR

“Qarabağ”ın futbolçularının başına iş gəlib.

"Köhlən atlar”ın iki üzvü – Toral Bayramovla Zamiq Əliyev oğurluğa məruz qalıb.

Belə ki, sosial şəbəkə dələduzları adları çəkilən futbolçuların “instagram” hesabını ələ keçirib. Həmin şəxs futbolçuların səhifəsindən reklam xarakterli paylaşım edib.

Səbəbkarlar məsələdən xəbər tutan kimi hərəkətə başlayıb ki, çox keçmədən hesablar geri qaytarılıb.

Bayramovla Əliyev bu barədə “instagram” səhifələrində paylaşım edib.

Maraq üçün bildirək ki, Zamiq Əliyev müqavilə ilə “Qarabağ”a məxsus olsa da, yaydan bu yana icarə əsasında “Kəpəz”in şərəfini qoruyur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti