"Mən səni sevirəm" - Sabiq “Qarabağ”lıdan TƏSİRLİ PAYLAŞIM!

17 Mart 2023 20:00 Qarabağ 686
"Mən səni sevirəm" - Sabiq “Qarabağ”lıdan TƏSİRLİ PAYLAŞIM!

“Qarabağ”ın unudulmaz futbolçularından olan Ansi Aqolli sosial şəbəkə hesabında paylaşım edib.

Uzun illər ağdamlıların formasını geyinmiş Albaniya millisinin sabiq üzvü Azərbaycanı tərk edəndən sonra ABŞ-da yaşayır.

Buna baxmayaraq, “Qarabağ” sevgisini yaşadır və hər imkanda kluba bağlılığını göstərir.

Ansi bu dəfə maraqlı tarixə işarə vuraraq “Qarabağ” sevgisindən söz açıb:

“Qarabağ”la son oyunu keçirməyimdən artıq 4 il keçir.

Bu böyük kluba verdiyim töhfəyə görə qürur və təvazökar hiss edirəm, hələ də keçmiş komanda yoldaşlarım, məşqçilərim, klub üzvlərim və komanda yoldaşlarımdan hər gün sevgi və təşəkkürlər alıram.

Sevimli “Qarabağ” azarkeşləri mənə hər gün yazırlar. Mənə bəxş etdikləri bütün gözəl xatirələrə, qiymətə və sevgiyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Unutmamışam və heç vaxt unutmayacam. Mən səni sevirəm, “Qarabağ”.

Ansi Aqolli 2010-2019-cu illər aralığında “köhlən atlar”ın formasını geyinib ki, bu müddətdə 5 dəfə Azərbaycan çempionu olub, 3 dəfə Azərbaycan kubokunu başı üzərinə qaldırıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti