
Qış fasiləsində Adama Diakabi, Redon Cica və Yassin Benzia ilə müqavilə imzalayan «Qarabağ»ın növbəti transfer hədəfi məlum olub.
Azərbaycan çempionu Telmu Arkanju ilə təmasa keçib.
«Köhlən atlılar» Kapo-Verde yığmasının yarımmüdafiəçisini heyətinə qatmaq üçün ilk addımı da aıtb. Ağdam təmsilçisi bu məqsədlə «Tondela»ya rəsmi təklif göndərib.
«Qarabağ» afrikalı hücumameylli oyunçuya 4 illik müqavilə təklif edib.
«Belenseneş»in yetirməsi 2019-cu ildən «Tondela»nın formasını geyinir və meydana çıxdığı 26 matçda hələ qol vurmayıb.
SPORTİNFO.AZ