"Neftçi" təhlükəlidir, təslim olan komanda deyil"

4 Dekabr 2022 11:00 Qarabağ 683
"Neftçi" təhlükəlidir, təslim olan komanda deyil"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev "CBC Sport" kanalına açıqlama verib.

30 yaşlı futbolçu asan qələbə qazanmadıqlarını deyib:

"Oyunun əvvəlindən sona kimi inamımızı qoruduq. Bu, vacib idi. İlk hissədə bir neçə qol şansımız oldu, amma yararlana bilmədik.

"Neftçi" ikinci hissədə daha öndə oynamağa başladı və boşluqlar verdi. Biz də bundan istifadə etdik. "Neftçi" hər zaman təhlükəli komandadır.

Onlara hörmətlə yanaşırıq. Asan qələbə qazandığımızı deməzdim. İlk hissənin sonunda Yusuf Lavalın dirəkdən dönən zərbəsi oldu.

Amma ona kimi də bizim yararlana bilmədiyimiz vəziyyətlər var idi. "Neftçi" təslim olan komanda deyil.

Onlarda alınmadı. Amma yaxşı komandaya qarşı oynadıq".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu