Riçard Almeydan qapılarını qonaqların üzünə açdı, 9 nəfər oldular - FOTO

25 Noyabr 2022 21:20 Qarabağ 4 649
Riçard Almeydan qapılarını qonaqların üzünə açdı, 9 nəfər oldular - FOTO

Braziliya Serbiya ilə qarşılaşan gecə Azərbaycanda top qovan braziliyalılar üçün əsl bayram idi.

“Qəbələ” və “Qarabağ”da top qovan bir neçə futbolçu xanımı ilə birgə bir neçə gün əvvəldən Bakıdakı dəbdəbəli restoranları “ələkdən keçirib”, uyğun məkan axtarışına çıxıb.

Nəticədə Kadi Borges, Ruan Renato və Ramon Maçado ailələri ilə birlikdə “Alov qüllələri”ndəki restoranda iri həcmli monitor qarşısında Braziliya – Serbiya görüşünü izləyiblər.

“Qarabağ”ın və Azərbaycan millisinin üzvü Riçard Almeyda isə fərqli addım atıb. O, oyuna evində, anası, həyat yoldaşı və iki övladı ilə baxmaq qərarına gəlib.

Lakin dostları onu tək buraxmayıb. “Qarabağ”dakı komanda yoldaşı Julio Romao ilə “Zirə”dən yaxşı tanıdığı Felipe Paxtmann qız dostlarını ilə birgə Riçardın qapısını döyüb.

Nəticədə 9 nəfərdən ibarək dəstə Braziliyanı qələbəyə səsləyib.

DÇ-2022-nin G qrupunda keçirilən Braziliya – Serbiya matçında “sambaçılar” 2:0 hesabı ilə qalib gəlib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır
4 Dekabr 12:10 Bugünün hava PROQNOZU
4 Dekabr 00:20 Bir erkən qol - VİDEO