Sevgilisi “HƏ“ desə, “Qarabağ”la müqavilə bağlayacaq – İspaniyalı

4 Oktyabr 2022 11:40 Qarabağ 8 185
Sevgilisi “HƏ“ desə, “Qarabağ”la müqavilə bağlayacaq – İspaniyalı

Paolo Fernandesin Azərbaycana gəlməsi sevgilisindən asılıdır.

Bu barədə Sportinfo.az-a “Qarabağ”a məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, Azərbaycan çempionu ona təklif irəli sürüb.

24 yaşlı ispaniyalı legioner bu çağırışa müsbət reaksiya verib. Sadəcə, son söz deməyi birgə yaşadığı xanımın öhdəsinə buraxıb.

O, futbolun sirlərini “Saraqosa”da öyrənməyə başlayıb (2010–2013), daha sonar “Mançester Siti”yə transfer olub (2013–2017).

İngiltərə klubu onu 2017-2020-ci illər ərzində icarəyə verib. Hücumameylli yarımmüdafiəçi öncə Niderlandda “Breda” (2017-2019), ardınca İtaliyada “Peruca”nın (2019-2020) formasını geyinib.

Daha sonra İspaniyaya qayıdaraq, “Kasteltyon”la müqavilə bağlayıb. 2021-ci ildə Yunanıstana üz tutub və “Volos”la anlaşıb.

Yerli Super Liqada 31 oyuna 6 qol vuran Paolo bu ilin yayında AEK-ə satılıb. Yeni klubu isə burada əsas heyətə düşəcəyinə inanmadığı ispaniyalını “Volos”un ixtiyarına verib - icarə əsasında.

Digər Xəbərlər
Xəbər Lenti