İndi “Qarabağ”da üzlər yalnız gülür… FOTOREPORTAJ

30 Sentyabr 2022 20:40 Qarabağ 984
İndi “Qarabağ”da üzlər yalnız gülür… FOTOREPORTAJ

Millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilədə ən çox problem yaşayan komanda “Qarabağ” oldu desək, yanılmarıq.

Ağdamlıların 10 futbolçusu Azərbaycan millisinin, 2 üzvü isə Monteneqro yığmasının heyətinə cəlb olunmuşdu.

Maksim Medvedevlə Rahil Məmmədov isə zədə səbəbindən kollektiv çalışmalarda aktiv iştirak etməkdən məhrum idi. Belədə Qurban Qurbanov sərəncamında olan 10 nəfərlə məşq keçmək məcburiyyətində qalmışdı.

Çətin günlərin geridə qaldığını deyə bilərik. Belə ki, Azərbaycan yığmasındakı futbolçuların hamısı “Qarabağ”ın məşqində iştirak edir.

Monterneqro seçməsinin heyətində şans qazanan Marko Veşoviçlə adaşı Yankoviç isə sentyabrın 27-dən 28-nə keçən gecə Bakıya gəlib. Hər iki legioner bu gündən etibarən hazırlıqlarda iştirak edəcək.

Qurban Qurbanovu sevindirən məqam 12 futbolçunun düşərgəyə zədəsiz qayıtmasıdır.

Düzdür, Maksim Medvedevdən fərqli olaraq, Rahil Məmmədov hələ ki, sıraya qayıtmayıb. Müdafiəçilər komanda ilə qismən çalışmalarda iştirak etsə də, “Neftçi”ylə oyunu kənardan izləyəcəkləri dəqiqdir.

Oktyabrın 1-də Premyer Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Neftçi” görüşü saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!