Ukrayna yığmasına çağırılan gənc istedad "Qarabağ"ın maraq dairəsində

24 Sentyabr 2022 11:40 Qarabağ 5 272
Ukrayna yığmasına çağırılan gənc istedad "Qarabağ"ın maraq dairəsində

«Sabah»ın yaxınlarda «Şaxtyor»dan ikinci dəfə icarəyə götürdüyü Aleksey Kaşuk «Qarabağ»ın transfer siyahısına düşüb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ukraynalı vingerlə yaxından maraqlanır.

«Köhlən atlar»ın nümayəndələri Donestk təmsilçisi ilə əlaqə saxlayıb, 22 yaşlı yarımmüdafiəçinin transfer qiymətini araşdırıb.

Düzdür, «şaxtaçılar» ölkənin gənclər yığmasına da dəvət alan yetirməsi ilə birdəfəlik vidalaşmağa həvəs göstərmir, ancaq Azərbaycan çempionu işini ehtiyatlı tutub, mövsümün sonunadək «Sabah»da çıxış edəcəyi dəqiqləşmiş gənc istedada görə indidən təkliflər paketi hazırlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı