“Qarabağ“da möhtəşəm görüntü: Qurban Qurbanov da qoşuldu, 31 saniyəyə 31... VİDEO

8 Avqust 2022 19:40 Qarabağ 1 539
“Qarabağ“da möhtəşəm görüntü: Qurban Qurbanov da qoşuldu, 31 saniyəyə 31... VİDEO

“Qarabağ”ın gündən-günə məşhurlaşan futbolçusu Kadi Borges “instagram” hesabında video paylaşıb.

Videoda “Qarabağ”ın məşqində top saxlamaqla bağlı görüntü yer alıb ki, braziliyalı komanda yoldaşı Ovusu Kvabenanı işarələyərək, “üzr istəyirəm, qardaşım, səni çox istəyirəm” yazıb.

İki futbolçu arasındakı atmacanın, yaxud zarafatın nədən ibarət olması ilə işimiz yoxdur.

Diqqəti çəkən məqam Qurban Qurbanovun da iştirak etdiyi topsaxlamada futbolçuların sürətli ötürmələr zamanı göstərdiyi performansdır.

31 saniyə ərzində edilən sürətli ötürmələrdə top məhz 31-ci ötürmədə itirilir.

O möhtəşəm görüntülərlə siz də baxın.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti