"Qarabağ" qalib gəlmək üçün “Lex” kimi yaxşı oynamalıdır" - AÇIQLAMA

30 İyun 2022 23:20 Qarabağ 1 444
"Qarabağ" qalib gəlmək üçün “Lex” kimi yaxşı oynamalıdır" - AÇIQLAMA

“Məncə, “Lex” – “Qarabağ” görüşündə şanslar yarı-yarıyadır”.

Bunu Sportinfo.az-a açıqlamasında uzun müddət Azərbaycanda çıxış etmiş, Simurq" və “Qəbələ”nin sabiq qolkiperi David Petrkeviç Çempionlar Liqasının birinci təsnifat mərhələsində komandamızın şanslarını dəyərləndirərkən deyib.

Polşalı qapıçı yaxşı oyuna ümid etməklə bərabər, həmyerlilərini çox güclü komanda kimi təqdim edib:

“Ümid edirəm ki, yaxşı oyun olacaq. Topu saxlamaq və hücumda çoxalmaq baxımından “Lex” daha güclüdür.

Müdafiədə də komanda normal çıxış edir. “Qarabağ” rəqibinə necə qalib gələ bilər?

Məncə, “Lex” kimi daha yaxşı oynamalıdır (gülür)",

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu