“Qarabağ” seçimini etdi, bütün suallara aydınlıq gəldi

30 İyun 2022 16:40 Qarabağ 1 513
“Qarabağ” seçimini etdi, bütün suallara aydınlıq gəldi

“Qarabağ” ağır mövsümə Avstriyada hazırlaşır.

Yoldaşlıq görüşünə ara verməyən ağdamlılar çalışmalarını iyulun 3-nə qədər bu ölkədə davam etdirəcək.

Həmin gün səhər saatlarında Avstriyada sonuncu dəfə məşq edəcək “köhlən atlar” axşama doğru Polşaya yola düşəcək.

Komanda üzvləri Vyanadan çarter reysi ilə Poznana uçacaq. “Qarabağ” məskunlaşmaq üçün şəhərin dəbdəbəli otellərindən sayılan “Sheraton Poznan”ı seçib.

Matçdan bir gün öncə - iyulun 4-də komandanın mətbuat nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olan məşqi və Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq.

Qurbanov jurnalistlərin önündə Bakı vaxtı ilə saat 19:40-da çıxacaq, Bundan 20 dəqiqə sonra “Qarabağ”ın oyunöncəsi son məşqi start götürəcək.

Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Lex” – “Qarabağ” qarşılaşması iyulun 5-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti