"Qarabağ"ın ÇL-də rəqibi “səpələnməmiş” komandalardan biri olacaq

24 May 2022 02:30 Qarabağ 1 622
"Qarabağ"ın ÇL-də rəqibi  “səpələnməmiş” komandalardan biri olacaq

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün qalibi "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində bütün potensial rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, səpələnmişlər sırasında yer alacaq Ağdam təmsilçisinin mümkün rəqibləri “səpələnməmiş” komandalardan biri olacaq (Ermənistan klubu istisna olmaqla).

​I təsnifat mərhələsinin püşkatması 14 iyunda, 1-ci raundun oyunları 5/6 və 12/13 iyulda keçiriləcək.

"Qarabağ"ın I təsnifat mərhələsində bütün potensial rəqibləri:

“Linfild” (Şimali İrlandiya), "Zrinski" (Bosniya və Herseqovina), “Şaxtyor” (Belarus), "Sutyeska" (Monteneqro), "Kİ Klaksvik" (Farer adaları), “Lex” (Polşa), “Hibernians” (Malta), "Tobol" (Qazaxıstan), "Şkupi" (Şimali Makedoniya), RFS (Latviya), "Dinamo" (Batumi, Gürcüstan), "Tirana" (Albaniya), "Balikani" (Kosovo), eləcə də "Levadiya" (Estoniya), "İnter" (Andorra), "Vikinqur" (İslandiya) və San Marino çempionunun iştirak edəcəyi ilk mərhələnin qalibi

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”