"Qurban Qurbanov bizə deyir ki… Çox əziyyət çəkdik"

22 May 19:20 Qarabağ 542
"Qurban Qurbanov bizə deyir ki… Çox əziyyət çəkdik"

"Budəfəki çempionluq yolumuz çox ağır oldu, əziyyət çəkdik.

Bütün oyunlara ciddi hazırlaşdıq və nəticədə vaxtında əvvəl çempionluğu təmin etdik".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Toral Bayramov Premyer Liqada medalçıların mükafatlandırılması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

21 yaşlı yarımmüdafiəçi bildirib ki, bütün komandalar özlərinə görə mübarizə apardılar:

"Sadəcə, baş məşqçimizin bizə aşıladığı xarakter həlledici oldu. Bilirsiniz ki, Qurban Qurbanov bizə döyüşçü deyir. Həm məşqdə, həm də oyunda istəkli oluruq.

Baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Bu da sonda böyükhesablı qələbələrə gətirib çıxarır".

Gənc oyunçu hər zaman meydana yeni tarix yazmaq üçün çıxdıqlarını söyləyib:

"Əlimizdən gələni edəcəyik ki, yeni uğurlar qazanaq. Hətta Çempionlar Liqasında qrupdan çıxmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti