Meneceri "Qarabağ"la danışacaq: "Gələcək barədə nəsə deyə bilmərəm"

17 May 2022 23:00 Qarabağ 632
Meneceri "Qarabağ"la danışacaq: "Gələcək barədə nəsə deyə bilmərəm"

"Çempionluğumuzu böyük "Qarabağ" ailəsi ilə birlikdə qeyd edirik.

Ötən il çempionluq bizə qismət olmadı. Bu il o qədər istəkli idik ki, çempion olduq.

Bu mövsüm üçün qarşımızdakı növbəti hədəf ölkə kubokunun finalıdır. Çalışırıq ki, orada da uğur qazanaq və kuboku əldə edək".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Patrik Andrade komandanın 9-cu çempionluğu ilə bağlı bu gün təşkil edilən tədbirdə jurnalistlərə müsahibəsində deyib.

Kabo-verdeli yarımmüdafiəçi "Qarabağ"da qalıb-qalmayacağı ilə bağı sualı belə cavablandırıb:

"Həqiqətən "Qarabağ" ailəsi bütün işçiləri ilə birlikdə çox böyükdür. Gələcəyimlə bağlı isə onu deyə bilərəm ki, bu yaxınlarda menecerim gələcək və klubla bu mövzu ətrafında danışacaq.

Ümid edirəm ki, məsələ qısa zaman ərzində həllini tapacaq. Detallara varmaq istəmirəm. Ümid edirəm ki, həm mənim üçün, həm də klub üçün uyğun olan şərtlərlə razılığa gələcəyik.

Hazırda bura mənim evimdir. Mən də, ailəm də burada özümüzü çox xoşbəxt hiss edirik, hər şey ürəyimcədir. Amma gələcək barədə nəsə deyə bilmərəm. Menecerim klubla danışacaq və orada hər şey həll olunacaq".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu