"Bir-iki nəfəri çıxmaq şərtilə bütün futbolçular..." - VİDEO

16 May 2022 01:50 Qarabağ 681
"Bir-iki nəfəri çıxmaq şərtilə bütün futbolçular..." - VİDEO

Premyer Liqanın 27-ci turunun "Səbail" - "Qarabağ" matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis matçla bağlı danışıb:

- Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Hiss olunurdu ki, həyəcanlı və istəkli idilər. "Səbail"ə də uğurlar arzu edirəm.

- Artıq çempionluğu təmin etmisiz. Son turda yalnız gənc futbolçuları meydana buraxmaq fikriniz var?
- Ümumiyyətlə belə planım yoxdur. Əvvəl də bildirmişdim ki, çempionatın sonuna yaxın futbolçuları öz idman formalarından uzaqlaşdırmaq olmaz. Görürsüz ki, hər oyunda heyətdə rotasiya edirəm. Növbəti matçda az oynayan futbolçular meydanda olacaq. Bir-iki nəfəri çıxmaq şərtilə bütün futbolçular yetərincə oynayırlar.

- Toral Bayramlı ilə Riçard Almeyda meydandan axsayaraq çıxdılar. Hər hası zədələri var?
- Yorğunluqdandır. Əzələlərində sudurqa tutub, ondandır.

- "Neftçi" ilə oyuna bugünkü heyətlə çıxmaq ehtimalı var?
- Böyük ehtimalla yox. Heyətdə dəyişikliklər olacaq.

- Marko Veşoviçlə Abbas Hüseynov heyətdə yox idi. Bunun səbəbi nədir?
- Veşoviçə istirahət vermişdim, Abbasda isə zədə var idi. Kubokun finalında oynamaq ehtimalı var. Amma hələ komanda ilə məşqlərə başlamayıb. Yəqin ki, 23-lükdə olacaq. Əsas heyətdə oynayacağına inanmıram.

- Qəbələyə nə vaxt yollanacaqsız?
- Proqramımızda bir gün əvvəldir.

Digər Xəbərlər
Xəbər Lenti