"Beşiktaş"dan Musa Qurbanlı ilə bağlı "Sportinfo"ya YENİ AÇIQLAMA

26 Yanvar 2022 15:00 Qarabağ 1 679
"Beşiktaş"dan Musa Qurbanlı ilə bağlı "Sportinfo"ya YENİ AÇIQLAMA

"Beşiktaş"ın baş məşqçisi Önder Karaveli "Qarabağ"ın hücumçusu Musa Qurbanlı ilə görüşüb.

Bu barədə iddia ilə yerli "Fotospor" çıxış edib.

Türkiyəli həmkarlarımızln yazdığına görə, görüş Ağdam klubunun Antalya bölgəsindəki toplanışı zamanı baş tutub.

Karaveli İstanbul təmsilçisinin skaut komandasını 20 yaşlı hücumçunu izləmək üçün Bakıya göndərəcək.

Onlar Qurbanlıya fevralın 24-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə cavab görüşündə baxacaq və rəhbərliyə hesabat təqdim edəcək.

Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.

Musa Qurbanlı cari mövsüm Azərbaycan Premyer Liqasında 6 qol və 4 məhsuldar ötürmə ilə ən çox fərqlənən yerli oyunçudur. O, komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.

“Beşiktaş”ın mətbuat xidmətinin rəhbəri Cihangir Gökdoğan Sportinfo.az-a açıqlamasında bu transfer xəbərinin həqiqəti əks etdirmədiyini bildirib:

“Belə informasiyaları biz də mediadan oxuyuruq. Bunlar jurnalistlərin təxəyyülünün məhsuludur. Gerçəklə əlaqəsi yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!