“Qarabağ” yeni hücumçu ilə bağlı YENİ AÇIQLAMA VERDİ

21 Yanvar 2022 17:40 Qarabağ 6 224
“Qarabağ” yeni hücumçu ilə bağlı YENİ AÇIQLAMA VERDİ

“Qarabağ” transfer çalışmalarını hələ başa çatdırmayıb.

Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili ("Yagelloniya", Polşa: icarəyə) və Leandro Andradeni (“Çerno More”, Bolqarıstan) heyətinə qatan Ağdam təmsilçisi indi də hücumçu almaq istəyindədir.

Baş məşqçi Qurban Qurbanov ad çəkməsə də, söyləyib ki, növbəti “əməliyyat”ı yanvarın sonunadək reallaşdırmaq niyyətindədir.

Bu, həmin vaxtadək həyata keçməsə, görüşmələr yayda qaldığı yerdən davam etdiriləcək.

Azərbaycanın ən yaxşı məşqçisi bu bölgləyə 4 namizədi gözdən keçirir. Onun transfer siyahısında yer alanlar Danimarka, İspaniya, Fransa və Niderland çempionatında çıxış edirlər.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu istiqamətdə aparılan işləri son vəziyyəti barədə Sportinfo.az-a bunları deyib:

“Maraq dairəmizdə olanlar var, sadəcə, danışıqların gedişində hansısa irəliləyiş yoxdur. Razılıq əldə edilsə, bu haqda ictimaiyyətə rəsmi açıqlama verəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!