“Rəqibin “Mançester Yunayted” və ya “Qarabağ” olmasının fərqi yoxdur”

8 Dekabr 2021 00:30 Qarabağ 799
“Rəqibin “Mançester Yunayted” və ya “Qarabağ” olmasının fərqi yoxdur”

“Səhvlər inkişafın bir hissəsidir. Ancaq “Bazel”in futbolçuları ölkə çempionatının ötən turundakı səhvlərinin təkrarlanmasına yol verə bilməz”.

Sportinfo.az xəbər verir ki, bunu “Bazel”in əfsanəvi futbolçusu Aleksander Frey komandanın İsveçrə Super Liqasının XVI turunda “Lozanna” (1:1) ilə matçını dəyərləndirərkən deyib.

42 yaşlı sabiq forvard sevimli komandasının Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la keçirəcəyi görüşə də toxunub.

O, Avropa arenasında mübarizə aparmağın vacibliyini vurğulayıb: “Futbolçular üçün avrokubok oyunu hər zaman xüsusidir.

Rəqibin “Mançester Yunayted” və ya “Qarabağ” olmasının fərqi yoxdur. Rəqibin kimliyindən asılı olmayaraq, bu belədir”.

Dekabrın 9-da “Sankt-Yakob Park”da keçiriləcək “Bazel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Pley-offa vəsiqəni təmin edən hər iki komandanın aktivində 11 xal var. “Qarabağ” qrup birinciliyi üçün səfərdə qalib gəlməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!