“Qarabağ”ı İsveçrədə gözləyən ciddi təhlükə - VİDEO

3 Dekabr 2021 13:00 Qarabağ 996
“Qarabağ”ı İsveçrədə gözləyən ciddi təhlükə - VİDEO

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda “Bazel”lə qarşılaşacaq “Qarabağ”ı çox vacib qarşılaşma gözləyir.

Vacib görüş öncəsi Ağdam klubu isveçrəlilərlə yanaşı hakim təhlükəsi də gözləyir.

İndiyə qədər keçirdiyi matçlarda kifayət qədər ciddi hakim səhvləri ilə üz-üzə qalan Azərbaycan klubunun rəqibinə qarşı qrup oyunlarındakı hakim “güzəştləri” xüsusi diqqət çəkir.

Sportinfo.az futbolinfo.az-a istinadən referilərin “Bazel”in lehinə verdiyi bəzi qərarlarla sizi tanış edir:

1. “Omoniya” – “Bazel” oyunu. 57-ci dəqiqədə isveçrəlilərin müdafiəçisi cərimə meydançasında “Omoniya”nın hücümüçüsunu kobudluqla saxlayır. Lakin hakimin fiti susur. Həmin epizodun davamında, cəmi 40 saniyə sonra “Bazel” bərabərlik qolunu vurur.

2. “Kayrat” – “Bazel” oyunu. Hesab 2:2 olarkən, oyunun 70-ci dəqiqəsində İsveçrə təmsilçisinin 7 nömrəli futbolçusu Paytim Kasami “Kayrat”ın hücumçusuna qarşı cərimə meydançasında kobud oynayır. Bu epizodda aşkar penalti olduğu görünür. Üstəlik, sarı vərəqə – bu isə Kasaminin meydandan qovulması demək idi. Çünki bu epizoda qədər onun passivində sarı vərəqəsi var idi… 3 dəqiqə sonra “Bazel” qələbə qolunu vurur, qolun müəllifi isə məhz Kasami olur.

3. Yenə “Kayrat” – “Bazel” oyunu. İsveçrə təmsilçisi 3-cü qolu vurduqdan 1 dəqiqə sonra yenə “Kayrat”ın hücümuçusuna qarşı cərimə meydançasında kobudluq olur. Bu dəfə də hakimlər “davam” deyir. Epizod zamanı hakimin verdiyi qərar hətta səbirli davranışları ilə seçilən Qurban Berdiyevi də özündən çıxarır.

4. “Omoniya” ilə görüşdə “Qarabağ”ın əleyhinə olan qərarlar da kifayət qədər idi. Abdullah Zubir iki epizodda aşkar kobudluğa məruz qalır, hakim “davam” deyir, “Qarabağ” qol vurur, hakimlər mübahisəli qərarla bu qolu qeydə almır. “Omoniya”nın müdafiçisi cərimə meydançasında əllə oynadıqda da hakim bunu “görmür”. Və ən əsas epizod – hesab 0:0 olarkən “Omoniya”nın futbolçusu Mixal Durişin Abbas Hüseynova qarşı kobud hərəkətinə görə yalnız sarı vərəqə göstərilir.

Digər Xəbərlər
Xəbər Lenti