"Ovaxtkı "Qarabağ"la indikini qarışdırmayın, mənim vaxtımda…"

1 Dekabr 2021 11:20 Qarabağ 1 874
"Ovaxtkı "Qarabağ"la indikini qarışdırmayın, mənim vaxtımda…"

"Qarabağ"a Denis Sokolovskinin vasitəsilə keçmişdim.

Onun özü də həmin komandada çıxış edib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Ukrayna millisinin sabiq futbolçusu Sergey Kravçenko "Qarabağ"a transferi barədə yerli mətbuata müsahibəsində deyib.

38 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunun son illərdə xeyli gücləndiyini bildirib:

"Ovaxtkı komanda ilə indikini qarışdırmayın. Hazırda "Qarabağ" çox güclü kollektivdir. Çempionlar Liqası və Avropa Liqasının qruplarında mübarizə aparır.

Mənim vaxtımda isə ortabab klub idi. Ukraynaya qayıtdıqdan sonra dostum dedi ki, adətən futbolçular Azərbaycandan ayrılandan sonra karyerlarını bitirirlər, sən isə hər şeyə orada başladın".

Sergey Kravçenko 2005/2006 mövsümünün ilk hissəsində "Qarabağ"ın formasını geyinib. Donetsk "Şaxtyor"unun yetirməsi olan yarımmüdafiəçi 10 dəfə Ukrayna millisində çıxış edib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"