“Omoniya” 15 aydır... - “Qarabağ”ın rəqibi ilə bağlı elə FAKTLAR üzə çıxdı ki

25 Noyabr 2021 19:20 Qarabağ 801
“Omoniya” 15 aydır... - “Qarabağ”ın rəqibi ilə bağlı elə FAKTLAR üzə çıxdı ki

Pley-off mərhələsinə yüksəlmək planları “suya düşən” “Omoniya” “Qarabağ”la oyun üçün Bakıya uğurlu nəticə arxasınca gəlir.

Son oyunlarda inamlı təsir bağışlayan Nikosiya təmsilçisi Respublika stadionunda qələbə sayəsində büdcəsini 500 min avro zənginləşdirəcək.

Lakin bunun mümkünlüyü o qədər də inandırıcı görünmür.

Kiprlilər xeyli vaxtdır səfər matçlarında 3 xalın nə olduğunu bilmir. “Qarabağ”ın rəqibi sonuncu dəfə qələbə sevincini 15 ay əvvəl – 2020-ci ilin avqustun 20-də “Legiya” ilə Varşavadakı qarşılaşmada qazanıb.

Həmin oyunun əsas vaxtı qolsuz bərabərliklə başa çatsa da, əsas vaxta əlavə olunmuş 30 dəqiqədə 2 dəfə fərqlənən “Omoniya” istəyinə çatıb.

Həmin gündən bu yana nikosiyalılar avrokuboklarda 9 səfər görüşünə yollanıb: 5-i Avropa Liqası, 2-ci Çempionlar Liqası, daha 2-si Konfrans Liqasında.

Ümumi balans belədir: 7 məğlubiyyət, 2 bərabərlik.

Top fərqi də ürəkaçan deyil. “Ağ-yaşıllar” son 9 səfər qarşılaşmasında rəqib qapılarına cəmi 4 dəfə yol tapa bildiyi halda, öz qapısında 18 top görüb.

Həmin oyunlara birgə nəzər yetirək:

Çempionlar Liqası
Olimpiakos – Omoniya 2:0
Dinamo (Zaqreb) – Omoniya 2:0
Avropa Liqası
PAOK – Omoniya 1:1
Qranada – Omoniya 2:1
PSV – Omoniya 4:0
Flora – Omoniya 2:1
Antverpen – Omoniya 2:0
Konfrans Liqası
Kayrat – Omoniya 0:0
Bazel – Omoniya 3:1

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qarabağ” – “Bazel” görüşünün start fiti bu gün axşam saat 21:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti