"Düşünürəm ki, belə atmosferdə "Qarabağ" xal itirməz"

25 Noyabr 2021 14:00 Qarabağ 1 461
"Düşünürəm ki, belə atmosferdə "Qarabağ" xal itirməz"

"Bu gün "Qarabağ"dan ancaq qələbə gözləyirəm.

Ümid edirəm ki, komandamız növbəti qələbəsi ilə həm azarkeşlərini sevindirmiş olacaq, həm də növbəti mərhələyə lider kimi çıxmaq yolunda addım atmış olacaq.

Azərbaycanda ilklərə "Qarabağ" imza atır. İnşallah, bu dəfə növbəti ilki yaşamış olarıq".

Bunu Sportinfo.az-a açıqlamasında bu gün axşam Konfrans Liqasında baş tutacaq "Qarabağ" - "Omoniya" qarşılaşması haqqında danışan Elmir Xankişiyev deyib.

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi belə əhəmiyyətli oyunöncəsi baş məşqçi Qurban Qurbanovun qələbə üçün nə etmək lazım olduğunu yaxşı bildiyini xüsusi vurğulayıb:

"Məncə, təmsilçimizdə arxayınçılıqdan söhbət gedə bilməz. Hər zaman olduğu kimi, yəqin ki, bu gün də komandamızı çox sayda azarkeş dəstəkləyəcək.

Düşünürəm ki, belə atmosferdə "Qarabağ" xal itirməz. Məşqçilər heyəti də bunu yaxşı bilir".

Təmsilçimiz qrup lideri kimi növbəti mərhələyə çıxmaq yolunda "Bazel"lə amansız mübarizə aparır. Xankişiyev bu mübarizədə isə şanslarımızı belə dəyərləndirib:

"Qarabağ"ın işi çətin olacaq. Amma ev oyununda "Bazel"ə qarşı komandamız gözəl oynamışdı. Eyni oyunu səfərdə də oynasaq, ən azı heç-heçə ilə qrup lideri olmaq olar.

Bu baxımdan, "Omoniya" ilə oyunda qələbə vacibdir. Hər zamankı kimi Qurban Qurbanovun komandasının bizi sevindirəcəyinə inanırıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!